"İQNA", "Middle East Eye"-yə istinadən xəbər verir ki, Nyu York Polis Departamentinin (NYPD) yeni məlumatlarına görə, şəhərdə nifrət cinayətlərinin ümumi sayı keçən illə müqayisədə iki dəfə artıb. Dekabrın 5-nə olan məlumata görə, Nyu Yorkda 503 nifrət cinayəti qeydə alınıb və şəhər polisi tərəfindən araşdırılıb.
Nyu York Polis Departamentinin məlumatına görə, artımın ən böyük səbəbi asiyalılara qarşı nifrət cinayətləri olub. 2020-ci ildə 28 hadisə olub ki, bu il 129-a qədər yüksəlib. Antisemitizm cinayətləri 121-dən 183-ə, anti-müsəlman cinayətləri isə keçən il 4-dən bu il 14-ə yüksəlib.
4022977