IQNA

İraqda "Nun Vəl-Qələm" sərgisi keçiriləcək

11:14 - December 28, 2021
Xəbər sayı: 3491462
İraqın "Kərkük" şəhərində "Nun Vəl-Qələm"in İraqda ilk mədəniyyət və incəsənət sərgisi Quran əsərlərinin təqdimatı ilə keçiriləcək.

"İQNA", İraqdan xəbər verir ki, sərgi çərşənbə günü, dekabrın 29-da Bağdad yolundakı Kərkük İdman Klubunda başlayacaq və 3 yanvar 2022-ci il tarixinə qədər davam edəcək.

Sərginin keçirilməsində mədəniyyət qurumları və İraqın Xalq Səfərbərlik Şurası əməkdaşlıq edəcək.

Tədbir müxtəlif bölmələrlə, o cümlədən Quran əsərləri, kitablar, rəqəmsal displeylər, nano, əl işləri, uşaq və yeniyetmələrin təqdimatı ilə müşayiət olunacaq.

Bu sərgi İraqın yüksək rütbəli rəsmiləri və Kərkükdə yerli məsulların iştirakı ilə açılacaq. İraq vətəndaşları bu sərgidə iştirak etməyə dəvət olunub.

4024047

captcha