IQNA

Misirdə dərman təbliğində Qurandan sui-istifadə edilir

15:47 - January 04, 2022
Xəbər sayı: 3491507
Misir parlamentinin üzvü baş nazirdən peyk kanallarında qanunsuz dərman və tibbi məhsulların reklamı üçün Qurani-Kərimdən qeyri-qanuni istifadə halını izah etməyi xahiş edib.

"İQNA", "Əl-Misri Əl-yəvm"-a istinadən xəbər verir ki, Misirin Nümayəndələr Palatasının İnsan Haqları Komitəsinin sədr müavini, İslahat və İnkişaf Partiyasının parlament komitəsinin sədri İmən Əbul-Əla, baş nazir Mustafa Əl-Mədbulini Qurandan sui-istifadə hallarına münasibət bildirməyə çağırıb. Bir sıra peyk kanalları vasitəsilə qeyri-qanuni dərman və tibbi məhsulların qeyri-qanuni reklamında Qurandan sui-istifadə məsələsinə baxılmasını istəyib.

O, bildirib ki, son zamanlar Qurani-Kərimdən vətəndaşlara təsir etmək və onları bu tibbi məhsulların faydalılığına inandırmaq üçün çaşdırıcı təbliğat aparılır.

İş o həddə çatıb ki, peyk kanallarının reklamlarından birində əlində Qurani-Kərim olan şəxs and içib ki, əlindəki dərman şəkər xəstəliyini sağaldır.

4025717

captcha