IQNA

Qahirə Kitab Sərgisində parça üzərində işlənmiş Quran sərgilənib

11:18 - February 04, 2022
Xəbər sayı: 3491682
Suriyalı sənətkarın parça ilə işlənmiş ilk Quran əsəri Qahirə Beynəlxalq Kitab Sərgisində nümayiş olunub.

"İQNA", "Əl-Qahirə 24"-ə istinadən xəbər verir ki, Muhəmməd Mahir Haziri Türkiyədə yaşayan suriyalı xəttat, 2000-ci ildən bəri ilk dəfə parça üzərində ayələri işləyib. Onun sözlərinə görə, bu işin başa çatdırılması 12 il çəkib.

Qahirə Kitab Sərgisinə gələnlərin diqqətini özünəməxsus istedadı ilə cəlb edən bu zövqlü sənətkar, tikiş maşını ilə fərqli və çox yaradıcı iş görüb. O, Qurani-Kərimin ayələrini qızıl və gümüş saplarla işləyib.

Həzari deyir ki, bu mushəf Osman Taha xətti ilə 12 cilddə hazırlanıb. Uzunluğu 80 sm, eni 60 sm və çəkisi 200 kq-dır. Onun hər bir cildi iki cüz yarımdır.

4033572

Teqlər: qahirə ، kitab ، sərgi ، quran ، sənətkar
captcha