IQNA

İki böyük qarinin xatirəsi ehtiramla yad edilib

18:24 - February 09, 2022
Xəbər sayı: 3491713
53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində rəsmilər Misirdə qiraət dünyasının iki böyük siması Əbu əl-Eyn Şueyşə və Şeyx Kamil Yusif əl-Bəhtiminin 100 illik yubileyini qeyd ediblər.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, bu mərasim Misir Kitabları Baş İdarəsi tərəfindən Qahirə Beynəlxalq Kitab Sərgisinin Mədəniyyət Salonunda təşkil olunub. Misir Qarilər və Hafizlər Birliyinin rəsmi sözçüsü Məhəmməd əl-Saati iştirak edib.

O, təşkilatçılara təşəkkür edərək deyib ki, bu mərasimdə qiraət və qiraətlə İslam mədəniyyətinin zənginliyində təsirli rol oynamış Misirdə qiraətin qızıl dövrünün iki şəxsiyyətinin xatirəsi ehtiramla yad edilib.

Misir İslam İşləri Ali Şurasının məsullarından Həsən Xəlil deyib ki, Şeyx Şueyşə və Şeyx Əl- Behtiminin qiraətdə dünyanı heyrətə gətirən nadir istedadları var idi. Görkəmli qiraət üsulu, onları qiraət etmək üçün Şərqə və ərəb dünyasına apardı.

4034954

Teqlər: qari ، misir ، qiraət ، qahirə ، qiraət üsulu
captcha