IQNA

Müqəddəs Ələvi Astanı Quran Səsyazma Studiyasını açıb

10:53 - February 14, 2022
Xəbər sayı: 3491740
Quran Səsyazma Studiyası Həzrət Əmirəl-mömininin (ə) mövludu və Astan Ələvi Darul-Quranın yaranmasının onuncu ildönümü ilə eyni vaxtda istifadəyə verilib.

"İQNA", "Astan Ələvi Darul-Quranın"-na istinadən xəbər verir ki, Əmirliyin xeyriyyəçi və mömin qadınlarından birinin vəsaiti hesabına hazırlanan Quran səsyazma studiyasının açılış mərasimi Müqəddəs Ələvi Astanının müxtəlif bölmələrinin bir sıra rəhbərləri və bir qrup Darul-Quran ustadları və tələbələrinin iştirakı ilə keçirilib.

Ələvi Astanının mədəniyyət məsələləri şöbəsinin müdiri Əbdül Sadə Əl-Cabiri mərasimdə İmamların (ə) həyatında mücəssəm olan Qurani-Kərimin yolu və üsuluna riayət etməyin vacibliyinə toxunaraq deyib: " Biz bu Quran səsyazma studiyasını Qurani-Kərimin tədrisinə və Quran elmləri üzrə ixtisası olanlara xidmət etmək üçün açdıq.

4036041

captcha