"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, İslam dünyasının hər yerindən 46 ölkənin iştirakı ilə 17-ci Beynəlxalq Əlcəzair Quran Hifzi Müsabiqəsi fevralın 17-də keçirilib.
Əlcəzairin Vəqflər Nazirliyi verdiyi açıqlamada bu il müsabiqənin "Vərət-tilil-Quranə tərtilə" şüarı altında keçirildiyini və Rəcəb ayında Həzrəti Peyğəmbərin (s) meracının ildönümünə təsadüf etdiyini açıqlayıb. Halbuki əvvəlki dövrlərdə bu yarışlar Ramazan ayında keçirilirdi.
Korona epidemiyasının tətbiq etdiyi şərtlərə görə, bu müsabiqə video konfrans vasitəsilə keçirilib.