IQNA

Hindistanın daxili işlər naziri tələbələrin hicabını qadağan etməkdə israrlıdır

10:00 - February 23, 2022
Xəbər sayı: 3491793
Hindistanın daxili işlər naziri ölkədə hicaba qadağa qoyulmasını dəstəkləyərək, məktəb və universitetlərdə qızların dini paltar əvəzinə rəsmi paltar geyinməli olduğunu vurğulayıb.

"İQNA", "Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, təhsil ocaqlarında, məktəblərdə və universitetlərdə hindli qızların digər dini geyimlər əvəzinə rəsmi paltar geyinməsinə üstünlük verilir.

Hindistanın daxili işlər naziri, Hindistanın cənub-qərbindəki Karnataka əyalətində dövlət orta məktəblərində hicab qadağası ilə bağlı məhkəmə qərarından sonra mövqeyinin dəyişə biləcəyinə aydınlıq gətirib.

Hindistanın 1,35 milyard əhalisinin təxminən 13 faizini təşkil edən müsəlmanlar, hinduların çoxluq təşkil etdiyi ölkədə hicaba qoyulan məhdudiyyətləri onları marjinallaşdırmaq cəhdi kimi görür və pisləyirlər.

4038079

captcha