IQNA

Əllamə Təbatəbainin Quranla cəmiyyət arasında əlaqə yaratmaqda tutduğu yol

10:28 - May 12, 2022
Xəbər sayı: 3492221
Əllamə Təbatəbai Quranı Quranla təfsir edərkən Quranı cəmiyyətə bağlayan yolu açmışdır. Bu yol dvam etdirilmir. Bu yolu davam etdirmək üçün biz təfsir tədqiqatlarında əsaslı dəyişiklik etməliyik.

İran Dini Tədqiqatçılar Şurasının sədri Ayətullah Əhməd Mübəlliği dinin ictimai və ümumi arenada rolunun şərtlərini açıqlayıb ki, aşağıda ətraflı oxuya bilərsiniz:

Dini araşdırmalar aparılsa, dinin rolu və funksiyası mənim üçün çox önəmlidir. Əks halda illüziya tədqiqatı əvəz edəcək. Ona görə də din hökuməti və cəmiyyəti dəstəkləyəcəksə, onun iki qanadı olmalıdır. Biri iman, digəri dini düşüncədir. Dini bir kənara qoymaq problemlərin həllinə kömək etmir. Mövcud problemlərin çoxu dinə və dini araşdırmalara az diqqət yetirilməsindən qaynaqlanır. Biz insanların inancı və dini düşüncəsi sahəsində mütaliə və araşdırmaları davam etdirməliyik. Problemləri tanımalı və tanıtdırmalıyıq. ki, Niyə bəzi hallarda cəmiyyətdə inamın azaldığını tapmalıyıq və imanı gücləndirməyin yolunu tapmalıyıq?

Din bizim hərəkətimizin əsası və namusudur. Bu, şəriətdən daha mühümdür. Allah Şura surəsinin 13-cü ayəsində buyurur: "(Allah) sizin üçün dindən Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi və İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey onlara çətin və ağır gəlir. Allah istədiyi kəsi Özünə tərəf cəlb edir və Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir". Dini inancın gücləndirilməsinin digər qanadı dini təfəkkürün gücləndirilməsidir ki, bu da dini araşdırmalarla əldə edilir. Dini inanc da problemləri tanımaq yolu ilə əldə edilir. Elmi Hövzənin, inqilabın, bizim sistem və nəslimizin dinə ehtiyacı var. Cəmiyyətdə isə hər şey dinlə bağlıdır. Din, dini inanc və düşüncəni gücləndirməklə əldə olunacaq. Odur ki, dini araşdırmalarda yanaşmanı dəyişdirərək, sosial və mədəni xidmətləri gücləndirməklə, din xadimlərinin Qərbin təcrübələrini təkrarlamasının qarşısını ala bilərik. Qərbdə kilsə azadlıq və rasionallığın qarşısında dayandı. Amma İranda ruhanilər rasionallığın və qanuni azadlığın müdafiəçiləridir.

Dinə və onun iki qanadına qayıtsaq, cəmiyyətdə din zəifləməyəcək. Əksinə, o, dünya səhnəsinə daha güclü çıxa bilər. Dini böyüklərinin rəvayətlərində deyilir ki, "problemlər və şübhələr sizə əzici və qaranlıq olaraq gəldiyi zaman Qurana müraciət edin". Quran elmin, mərifətin, motivasiyanın, insan tərbiyəsinin və monoteist ontologiyanın dərin dənizidir. Əgər biz bu gün problemlərin həllində ondan daha az istifadə etmişiksə, bunun səbəbi düzgün təfsir təqdim etməyimizdir. Bugünkü təfsir problemləri həll edə və bizi şübhələr zülmətindən xilas edə bilərmi? Xeyr, biz təfsir tədqiqatlarında əsaslı dəyişiklik etməliyik. Dini mərkəzlər Quranın təfsirini təkrar bir şeyin üzərində qurmamalıdırlar. Əksinə, təfsirə fiqhdən daha çox əhəmiyyət verməlidirlər. İxtisasım fiqhdir, amma ilk növbədə Qurana əhəmiyyət verməliyik. Quranı daha dərindən öyrənməyə ehtiyac var. Çünki səthi araşdırmalar cavab vermir. Təəssüflər olsun ki, Əllamə Təbatəbainin açdığı və Quranı cəmiyyətlə əlaqələndirdiyi yol gedilməyib. Əhli-beytin (ə) rəvayətləri və təlimləri çərçivəsində Quran ideyaları ilə cəmiyyəti islah etmək, həmçinin Quranla camaat arasında əlaqə yaratmaq mümkündür. Deməli, dinə iman və dini düşüncə daha güclü, dinamik və ciddi olduğu müddətcə din güclüdür.

4030332

captcha