IQNA

Misirdə Quranın hausa dilində təfsiri çap edilib

11:16 - June 28, 2022
Xəbər sayı: 3492470
Misirin Vəqflər Nazirliyi bu ölkədə Qurani-Kərimin hausa dilində "Əl-Müntəxəb" adlı təfsirinin nəşr olunduğunu açıqlayıb.

"İQNA", "Şüruq News"-a istinadən xəbər verir ki, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə deyib ki, Quran məfhumlarının Hausa dilində təfsiri Əl-Əzhər Universitetinin Dillər və Tərcümə fakültəsinin Hausa dili üzrə müəllimi Saleh Əbu Bəkr Qora tərəfindən yazılmışdır.

O, əlavə edib ki, bu şərh Misir və Misir Vəqflər Nazirliyinin səyləri ilə dünyanın müxtəlif dillərində mötədil düşüncəni yaymaq və tərcümə hərəkatına, xüsusən də Quran məfhumlarının tərcüməsinə diqqət yetirmək üçün nəşr edilmişdir.

Muxtar Cümə qeyd edib ki, Misir İslam İşləri Ali Şurasının Nəşrlərdən biri olan "Qurani-Kərimin təfsirində seçilmişlər" kitabı şəklində Quran məfhumlarının bu asan tərcüməsini Hausa dilinin ilahiyyatçılarına təqdim etmək çox xoşdur.

4066865

Teqlər: misir ، quran ، hausa dili ، təfsir ، fakültə
captcha