IQNA

Namazla tanışlıq / 4

Namaz qılmağa hazırlaşmağın zəruriliyi

11:39 - December 22, 2022
Xəbər sayı: 3493453
Namaz dinin sütunu olaraq müəyyən yaşda və müəyyən şərtlər daxilində bütün müsəlmanların üzərinə qoyulan dini bir vəzifədir. Amma bu tapşırığın düzgün yerinə yetirilməsi xüsusi hazırlıq tələb edir.

Oğlanlar 15 yaşına, qızlar isə 9 yaşına çatdıqda onlar üçün həddi-büluğa çatmanın başlanğıcı və təklif (şəriət vəzifələri) yaşıdır. Allahın əmrlərinə tabe olmaq onlara vacib olur. Onlar qadağan olunmuş fəaliyyətlərdən qəti şəkildə çəkinməlidirlər.

Həddi-büluğa çatmamış şəxslər üçün daha yaxşı olar ki, düzgün namazı və onun hökmlərini öyrənərək bu müqəddəs və dini vəzifəylə tanış olsunlar ki, onlara vacib olduqda, namaz qılmaqda heç bir problemləri olmasın. Ya da onun təfərrüatları ilə tanış olsunlar.

Əlbəttə ki, yetkinlikdən başqa şeylər də mükəlləf olmağın şərtidir; Güc, ixtiyar və ağıl sahibi olmaq bu şərtlərdəndir. Əgər insan dəlidirsə və ya qeyri-ixtiyari vəziyyətdədirsə, yaxud imkanı yoxdursa və ya həddi-büluğa çatmamışsa, şəriət hökmlərini yerinə yetirmək ona vacib deyildir.

Amma hər halda insan namazı və onun məsələlərini öyrənib, mütəmadi olaraq namaz qılmağa alışmalıdır. Allahı tanıyıb və Onunla üns qurmalıdır. Bu yolla Allahın əmrini yerinə yetirmək üçün özünüzü hər cür hazırlayın.

Necə ki, düşmənlə vuruşmaq və döyüş meydanında onunla üz-üzə gəlmək ilkin məşq və lazımi hazırlıqların təmin edilməsini tələb edir. İbadət və namaz da nəfs düşməni (daxili vəsvəsələr) ilə və şeytanla mübarizənin bir növü olduğu üçün bu hazırlığa ehtiyaclıdır.

Əgər qəlbinizi və ruhunuzu bu qurucu ibadəti düzgün və nizamlı yerinə yetirməyə hazırlamamısınızsa, vacib olduqda bu, sizin üçün çətin və ağır olacaq.

  • Möhsin Qəraətinin yazdığı "Namaz ilə tanışlıq" kitabından götürülmüşdür.
captcha