IQNA

Misirdə Quran hifzi mərkəzləri üçün xüsusi mədəni müsabiqə keçiriləcək

20:14 - January 17, 2023
Xəbər sayı: 3493574
Misirin Vəqflər Nazirliyi 2022-2023-cü tədris ilinin ikinci semestrində Quran hifzi tədris mərkəzləri üçün virtual mədəniyyət müsabiqəsi keçirəcəyini elan edib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, bu müsabiqə həftəlik keçiriləcək. Suallar hər bazar günü elan ediləcək və suallara cavab vermək üçün son tarix bazar günündən çərşənbə gününə qədər olacaq.

Bu müsabiqənin qaliblərinin adları da hər həftə elan ediləcək. Sonda suallara ən çox düzgün cavab verən üç Quran hifzi mərkəzi seçilərək ən yaxşı Quran mərkəzləri kimi təqdim ediləcək.

Həmçinin ilk üç Quran mərkəzinin rəhbərlərinə və bu mərkəzlərin ən yaxşı Quran tələbələrinə təşəkkürnamələr və pul mükafatları veriləcək.

4114978

captcha