IQNA

İslam sosial məsələlərə laqeyd olmağa qarşı çıxır

18:05 - April 10, 2023
Xəbər sayı: 3493999
İrfan bəzən ictimai reallıqlara əhəmiyyət vermədən guşənişinlik və nur axtarmaq deməkdir ki, İslam belə bir yanaşma ilə razılaşmır.

Bəziləri özlərinə qapılıblar. İrfani bir həyat adı ilə ətrafdakı zülməti, insan haqlarının tapdalanmasını, məzlumların ah-naləsini dərk etmir və ilahi nura çatmaq iddiasındadırlar. Bu, İslam təlimlərinə ziddir. Müsəlman insan, başqalarının haqqının tapdalanması nəticəsində yaranan ətrafdakı zülməti görüb səmalarda nur axtardığını iddia edə bilərmi? Bu necə mümkündür?

Səhər duasının bu hissəsinin mesajlarından biri də budur ki, İlahi, bizləri yalnız ali aləmdə nur axtarıb, insanlar arasındakı zülmətdən xəbərsiz olanlardan qərar vermə. İlahi, bizləri ancaq dünya həyatına diqqət yetirən və axirət dünyasından qafil olanlardan etmə. Burada “küll” kəlməsinə, yəni göylərdə və yerdə nura vurğu var. Yalnız səmada nur axtaranlar cüzi baxışa sahibdirlər.

Əgər ayədə Qiyamət günü yerin nurlu olmasından bəhs edilirsə, bu, hər yerə yayılacaq ədalət nurudur. Nura çatmaq, zülmətdən qurtulmaq qayğısı həyatın bütün sahələrini əhatə edən bir qayğıdır; İstər dünya həyatının aşkar sahələri, istərsə də başqa sahələr olsun. Quranın ayələrinin insanın əlindən tutması və insanın hərəkəti ilə bərabər nur məsələsini mərhələ-mərhələ gündəmə gətirməsi və insanın nuru hansı yolla əldə etməli olduğunu bildirməsi əhəmyyətlidir.

4050382

captcha