Höccətül-islam vəl-müslimin Muhəmməd Suruş Məhəllati Səhər duasının şərhinin davamında duanın «اَللَّـهُمَّ اِنّی اَسَئَلُکَ مِنْ نُورِکَ بِاَنْوَرِهِ وَکُلُّ نُورِکَ نَیِّرٌ "İlahi, mən Səndən nurunun ən nurlu mərtəbəsinin haqqını istəyirəm" hissəsini izah edir.
İlahi nurdan bəhs müxtəlif rəvayətlərdə qeyd edilmişdir. Səhər duasında nur təbiri, ilahi nurun çox geniş əhatə dairəsinə malik olduğuna və bu nurun bütün əşya və varlıqlarda göründüyünə işarə edir.
Ədalət nurdur, ədalətsizlik isə qaranlıqdır
Qurani-Kərim və hədislər bizi insan aləminə aid olan başqa bir nur dünyasına gətirir. Qaranlıq zülmlə müşaiyət olunur və harda zülm varsa, orada zülmət, harda zülmət varsa, orada zülm var.
Bizi nura çağıran ədəbiyyat zülmə qarşıdır. Biz zülmü aradan götürüb, əvəzində ədalət mənasına gələn nur yaymalıyıq. Allah “Zümər” surəsində buyurur: “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcək), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcəklər. Onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!”. Məqsəd hiss olunan nur deyil. Nur insan həyatına necə işıq saça bilər? Feyz Kaşani bildirmişdir ki, yer üzündə ədalət bərqərar olanda yer üzünə nur saçar, Allah da ədaləti nur adlandırmışdır. Həmçinin şəhərlər ədalətlə bəzədildikdə və başqalarının haqqı insanlar arasında tanındıqda, cəmiyyətlər də nurlanar; Necə ki, zülm qaranlıqdır.
4050382