IQNA

Quranın təhqir edilməsi Avropa Birliyinin şərəfini və yalançı ifadə azadlığı iddiaçılarının şərəfini alt-üst etdi

13:22 - August 03, 2023
Xəbər sayı: 3494555
TEHRAN (IQNA) - Tehran Universitetinin İlahiyyat və İslamşünaslıq fakültəsinin rəhbəri deyib: "Quran yandırmaq kimi təhqiramiz əməl Avropa Birliyinin ləyaqət və şərəfini məhv edib. Bu təhqirin cəhalətdən başqa bir mənası yoxdur. Elm iddiasına və demokratiya iddiasına baxmayaraq cəhalət!".

"İQNA", xəbər verir ki, Tehran Universitetinin İlahiyyat və İslamşünaslıq fakültəsinin rəhbəri Məhəmməd Vaezi, avqustun 1-də İQNA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən “Əziz Kitab” beynəlxalq vebinarındakı çıxışında bəzi beynəlxalq təşkilatların danışıq və davranışlarında ziddiyyətlərinə diqqət çəkib.

Bəşər tarixində, bəlkə də daha az hallarda, əks sözlər adi və rəsmi hala gəlib. İkinci Dünya Müharibəsindən sonra xalqların fikirlərinə hörmətlə yanaşmaq üçün beynəlxalq təşkilatlar adlandırılan qurumlar müəyyən edildikdə, xalq, azadlıq və demokratiya adına bir çox təşkilat və qurumlar yaradıldı. Müxtəlif insan hüquqları, ədalət, qarşılıqlı hörmət, dinlərarası dialoq katibliyi, dinlərarası dialoqlar, dostluq mədəniyyəti, dinlərarası yaxınlıq, müxtəlif dostluq birlikləri... və hər bir şəhərdə, hər ölkədə minlərlə başqa təşkilatlar yaradıldı.

Vaezi sözünə belə davam etdi: "Bu gün, miladi 2023-cü il və Məhəmməd Peyğəmbərin (s) hicrətindən 1445 il sonra Avropa rəsmi olaraq Quranla müxalifətçilik etmək üçün ayılıb. Amma dialoqla, mülahizə ilə yox, məntiqlə, müzakirə ilə yox, 2 milyard dünya müsəlmanına məxsus Qurani-Kərimi yandırmaqla.

O, qeyd edib: Bu təhqirin tam cəhalətdən başqa bir mənası yoxdur. Sivilizasiya iddiasına, elm iddiasına və demokratiya iddiasına baxmayaraq cəhalət!".

Tehran Universitetinin İlahiyyat və İslamşünaslıq fakültəsinin rəhbəri Quran məfhumlarının müsəlmanlar arasında nüfuzunun dərinliyinə toxunaraq dedi: "Quranın kağız üzlüyünü yandırın, amma 1445 ildən çoxdur ki, Quranın möminlərin qəlbində bir yeri var. Onun yeri möminlərin və müsəlmanların damarlarında və qanındadır. Quran müsəlmanların və möminlərin qəlbindədir: "Həqiqi möminlər o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri titrəyir. Allahın ayələri onlara oxunduğu zaman imanları artar və hər şeydə öz Allahlarına təvəkkül edərlər" (Əkfal, 2).

Vaezi dedi: "Quranın qalıcı və insan tərbiyə edən təlimlərinin o kağız üzərində yeri yox idi. Quranın mənəviyyat və ağıl dolu həqiqətləri möminlərin ruhunda, qəlbində və dillərindədir. Bu təhqirdə Quranın üz qabığı və kağızları yandırılmamış, Avropa Birliyinin ləyaqəti və şərəfi yandırılmışdır. Demokratiya bu işi qızışdırdı, söz azadlığı gücləndirdi, azadlıq iddiasında olan hökumətlərin məntiqi, şərəf və ləyaqəti yerlə yeksan oldu.

Tehran Universitetinin İlahiyyat və İslamşünaslıq fakültəsinin rəhbəri bəyan edib: Qurani-Kərim əziz Peyğəmbərin (s) peyğəmbərliyinin möcüzəsidir. Sülh kitabı, dialoq kitabı, əxlaqi və insani fəzilətlər kitabı və rasionallıq kitabıdır. Yeganə əhatəli proqramdır ki, onun vasitəsilə istənilən düşüncə, rəng, irq və etnik mənsubiyyətdən olan bütün insanların hər biri ilə dinc yanaşı, sülh və səmimi şəkildə qarşılıqlı hörmətlə yaşaya bilməsi mümkündür.

O, Qurani-Kərimin bütün insanlara bərabərlik və hörmətlə bağlı ayələrinə toxunaraq vurğuladı: "Quran vəhy kitabıdır. Sevgi və insanlıq kitabıdır. Həyata ümid kitabı, insan xoşbəxtliyi və qurtuluş kitabı və sevgi və dostluq kitabıdır. İnsanların dinc yanaşı yaşaması kitabı və dialoq kitabıdır. Miladdan sonra üçüncü minilliyin əvvəlində dünya Quranın dostluq çağırışını bir daha eşidir: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Hücurat, 13).

Sonda xətib dedi: Gələcək dünya təhqir və hörmətsizlik dünyası deyil. Gələcək dünya dinlərə və insanlara qarşılıqlı hörmət dünyası, insan ləyaqəti dünyası, mənəvi dəyərlər dünyası, altruizm və sevgi dünyası, saflıq və yaxınlıq, insanların və dinlərin dinc yaşaması dünyasıdır. Gələcək dünya Quran ayələrinin həyata keçirilməsidir. Dünyanın gələcəyi tövhid, nübüvvət və qiyamətin üç əsasını vurğulayan və onu peyğəmbərlərin dəvətinin həqiqəti hesab edən Quranın qəlbi sayılan "Yasin" surəsinin təfsiridir:

"(Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun ki, sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən! Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər). Bu Quran (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki, (onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik)" (Yasin, 2-7).

4159792

captcha