IQNA

Danimarkanın baş naziri:

Müqəddəs kitabların yandırılmasına qoyulan qadağa ifadə azadlığını məhdudlaşdırmır

5:54 - August 05, 2023
Xəbər sayı: 3494558
KOPENHAGEN (IQNA) - Danimarkanın baş naziri Matt Frederiksen dünən, avqustun 3-də bəyan edib ki, müqəddəs kitabların yandırılmasının qarşısını almaq üçün mümkün məhdudiyyətlər ifadə azadlığını məhdudlaşdırmayacaq.

"İQNA", "Anadolu"nun ərəb bölümünə istinadən xəbər verir ki, Danimarkanın baş naziri deyib: "Mən heç kimin başqalarının kitablarını yandıra bilməməsini ifadə azadlığına məhdudiyyət kimi görmürəm".

O, mümkün qadağanın problem yaratmadığına işarə edərək, əlavə etdi: "Məlum təhlükəsizlik riskləri var. Eyni zamanda, bizim beynəlxalq aləmdə təcrid olunma riskimiz var. Bu məsələ indi xüsusilə problemlidir, çünki biz tərəfdaşlıq və koalisiya yaratmaq üçün çoxlu səylər göstəririk".

  Danimarkada Qurani-Kərimə qarşı təhqirlər davam edir və cümə axşamı ifrat sağçı qrup müsəlmanların müqəddəs kitabını növbəti dəfə təhqir edib.

4160060

captcha