"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Danimarkanın ədliyyə naziri Peter Hummelqaard bəyan edib: "Bu ölkə “Əl-Qaidə” terror təşkilatının Danimarkada əməliyyat keçirmək təhlükəsini çox ciddi qəbul edir.
Bazar ertəsi bildirildi ki, Əl-Qaidə İsveç və Danimarkada bu yaxınlarda Quranın təhqir olunmasına cavab olaraq müsəlmanları hücumlar həyata keçirməyə çağırıb.
Danimarkanın daxili kəşfiyyat idarəsi daha əvvəl iki ölkədə Quran nüsxələrinin yandırılmasına cavab olaraq İsveç və Danimarkaya qarşı yeni təhlükənin olduğunu təsdiqləmişdi.
Ədliyyə naziri hökumətin Qurani-Kərimin yandırılmasını qadağan etmək niyyəti ilə bağlı fikirlərini təkrarlayıb. Lakin bu tədbirlərin nədən ibarət olacağını açıqlamayıb.
Digər tərəfdən, bəzi sağçı partiyalar Qurani-Kərimin təhqir olunmasına qadağa qoyulmasını ifadə azadlığının pozulması kimi qiymətləndirib və buna qarşı çıxıblar.
Əl-Qaidəyə yaxın bir internet saytında dərc edilən bəyanatda deyilir: "Avropa Charlie Hebdo-dakı mesajımızı səhv başa düşdü".
Qeyd edək ki, “Charlie Hebdo” satirik qəzeti 2015-ci ildə İslam Peyğəmbərinin ünvanına təhqiramiz karikaturalar dərc etdikdən sonra ölümcül hücumun hədəfinə çevrilib və bu hücuma görə məsuliyyəti “Əl-Qaidə” üzərinə götürüb.
4162853