Ölümü xatırlamaq və onun nə qədər yaxın olduğunu yada salmaq ondan xəbərsiz insanlar üçün ən yaxşı məsləhətdir. Ona görə də Qurani-Kərimdə və dünya ədəbiyyatında bu mövzuya çox toxunulub.
“Ali İmran” surəsinin 185-ci ayəsi: "Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir".
Baxmayaraq ki, bu müqəddəs sözlər ölüm haqqında hər nəfsin onu dadacağından xəbər verir, lakin bunda böyük bir müjdə də var. O dabudur ki, insan ölüm anında diridir və ölümün acı və ya şirin dadını dadacaqdır. Ölüm yunan mütəfəkkirlərindən birinin dediyi kimi deyil. Orada deyilir: "Ölümlə mən heç vaxt bir-birimizə rast gəlməyəcəyəm, çünki nə qədər ki, mən varam, ölüm yoxdur, ölüm gələndə də heç kimlə görüşməyəcəm".
Ölümlə üz-üzə gələrək qarşılaşacağıq və bu gözəl hadisənin varlığını dadacağıq. Biz onun dadını heçlikdə yox, varlıqda tapacağıq. Ölüm bizim varlığımızın sonu demək deyil, sadəcə yeni bir təcrübədir.
Qurani-Kərimin “Ənkəbut” surəsinin 57-ci ayəsində buyurur: “Hər bir canlı ölümü dadacaq və nəhayət, siz Bizim hüzurumuza qayıdacaqsınız”.
Ölümə və onun baş verməsinin yaxınlığına və yəqinliyinə diqqət yetirmək ondan xəbərsiz olan adi insanlar üçün bəlkə də ən böyük moizə və nəsihətdir. Ona görə də bu təsirli moizəni həm Quranda, həm də dünya ədəbiyyatında müxtəlif dillər və ibarətlərlə görürük. Ustad Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.
4119895