IQNA

Sionist rejim Qəzza zolağının şimalına getmək üçün gözləyən yardım karvanını vurub

7:36 - February 06, 2024
Xəbər sayı: 3495427
İQNA – Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi sionist rejimin Qəzza zolağının şimalına getmək üçün gözləyən yardım karvanını vurduğunu açıqlayıb.

“TRT Xəbər”in verdiyi məlumata görə, UNRWA-nın Qəzza üzrə direktoru White X sosial media hesabındakı paylaşımında bunları deyib:

"Bu səhər Qəzzada Qəzzanın şimalına aparılmağı gözləyən qida karvanı İsrail dəniz qüvvələrinin atəşi ilə vurulub".

White, İsrailin qida konvoyuna hücumunda heç kimin xəsarət almadığını açıqlayıb.

UNRWA onun açıqlamasını paylaşıb ki, "Atış altında humanitar yardım çatdıra bilmərik". O, Qəzzanın şimalı da daxil olmaqla hər yerə daimi və təhlükəsiz humanitar çıxışa təcili ehtiyac olduğunu vurğulayıb.

Qəzzada 1,9 milyon insan İsrailin hücumları səbəbiylə yerindən-yurdundan didərgin düşdüyü halda, İsrailin yaratdığı çətinlik və maneələr səbəbindən bölgəyə humanitar yardım kifayət qədər çatdırıla bilmir.

Xüsusilə Qəzzanın şimalında yaşayan fələstinlilərin un tapa bilmədiklərindən heyvan yemi üyütməyə başladığı bildirilir.

captcha