IQNA

Kərbəlada keçirilən Əmid Beynəlxalq Quran Mükafatı Müsabiqəsi üçün qeydiyyat başlayıb

7:38 - February 06, 2024
Xəbər sayı: 3495428
İQNA – Həzrət Abbas (ə) Türbəsi Quran tilavəti üzrə Əmid Beynəlxalq Quran Mükafatı adı altında televiziya Quran müsabiqəsinə qeydiyyatın başladığını elan etdi.

"İQNA", Həzrət Abbas (ə) türbəsinin məlumat mərkəzinə istinadən xəbər verir ki, müsabiqədə iştirak üçün tələb olunan şərtlər belədir: İştirakçının seçdiyi ayəni oxuduğu və üç dəqiqədən çox olmayan qiraət videosu, təqdim olunan video 15 meqabaytdan çox, həmçinin videoda audio və video effektlər olmamalıdır, video yeni olmalı və fasiləsiz hazırlanmalı, əvvəlcə müsabiqə iştirakçısının adı qeyd edilməlidir.

Kamera iştirakçıdan iki metrdən çox uzaqda olmamalı, çəkiliş üfüqi və müvafiq işıqlandırma ilə aparılmalıdır. Müsabiqədə 7-18 yaşdan aşağı qəbul edilən iştirakçılar böyükləri ilə birlikdə iştirak edə bilərlər.

Müsabiqə iştirakçıları fayl ilə yanaşı, ad, soyad, yaş, ölkə, pasportun surəti və şəkli kimi məlumatları da göndərməlidirlər.

Müsabiqəyə qeydiyyat 3 fevral şənbə günü başlayıb və 16 fevral cümə gününə qədər davam edəcək.

Müsabiqədə iştirak edəcək namizədlər videoları və lazımi məlumatları Telegram və ya WhatsApp vasitəsilə 009647760005311 nömrəsinə göndərməlidirlər.

Müsabiqədə əyani iştirak etmək hüququ qazananların adları fevralın 17-də açıqlanacaq. Müsabiqə iştirakçılarının qarşılanması martın 3-də başlayacaq.

4197813

captcha