"İQNA", xəbər verir ki, 40-cı İran Beynəlxalq Quran Yarışmasının kişilər bölməsində ikinci günü saat 15:00-da, bəhmən ayının 28-i, İslam ölkələri zirvəsinin zalında başlayıb və saat 21:00-a qədər davam edib.
Əvvəlki gün olduğu kimi, dördü tələbə bölməsində və 10 nəfər böyüklər bölməsində olmaqla 14 iştirakçı bir-biri ilə yarışıb.
Müvafiq olaraq, tələbə bölməsinin dörd iştirakçısı səhnəyə çıxıb, bu yarışmaçılar tərtiblə Qurani-Kərimi bütövlükdə əzbərləmək sahəsində Banqladeşdən Əhməd Bəşir, təhqiq şəklində oxuma sahəsində Banqladeşdən Müşfiq Rəhman, Omandan Əhməd Bəni Yaqub Qurani-Kərimi bütövlükdə əzbərləmək sahəsində və İrandan olan Mehdi Əkbəri Zərrin təhqiq qiraəti sahəsində yarışıblar.
Yarışın davamında və təvaşih qruplarından birinin çıxışından sonra böyüklər bölməsində yarış davam edib. Bu bölmədə Məğrib azanından əvvəl, təhqiq qiraətində Suriyadan Əhməd Qobs, Quranı bütövlükdə əzbərləməkdə fələstinli Sahir Nafiz Məhəmməd Əsmər və tərtil sahəsində Livandan Məhəmməd Mehdi İzzədin yarışıblar.
Məğrib azanından sonra təhqiq oxuma sahəsində Komor adasından olan Məhəmməd Əbdürrəhmani, təhqiq qiraəti sahəsində Tanzaniyadan Übeyd İdris Süleyman, tərtil oxuma sahəsində İraqdan Müntəzir Rəd Xalid, Qurani-Kərimin bütövlükdə əzbərlənməsi sahəsində efiopiyalı Məhəmməd Şafi, təhqiq qiraəti sahəsində İrandan Hadi İsfidani və təhqiq qiraəti sahəsində Əfqanıstandan Kəmaləddin Camalzadə Qurandan ayələr oxuyublar.
Bu xəbərə görə, yarışma hissəsi ilə yanaşı, üç fəxri qari və iki təvasih qrupu da proqramlarla çıxış edib. Həmçinin, yarışlar zamanı Tehranın Əl-Qədir və Əhli-Beyt (ə) Kəriməsi nəğmə və mədh qrupları proqramlarla çıxış ediblər.
4200305