IQNA

Fransanın Bourg-en-Bresse şəhərinin divarlarına İslam əleyhinə plakatlar asılıb

10:38 - May 14, 2024
Xəbər sayı: 3495943
İQNA – Fransanın Burg-en-Bresse şəhərində İslam əleyhinə plakatların görünməsi və müsəlmanların şikayətlərindən sonra şəhərin meri ksenofobiyaya qarşı qanuni addım atacağını açıqlayıb.

"İQNA", "Əl-Rəy" saytına istinadən xəbər verir ki, mayın 2-nə keçən gecə naməlum şəxslər Fransanın Bourg-en-Bresse şəhərinin divarlarına İslam əleyhinə şüarlar və müsəlmanlara qarşı təhqirlər yazılmış çoxlu plakatlar asıblar. İslam əleyhinə plakatlar müsəlmanlar, Fransa Müsəlman Şurası və meri tərəfindən pislənilib.

Plakatlarda İslamın sülhlə bir araya sığmadığı və terrorla bərabər olduğu qeyd edilib. Vətəndaşlar həmin plakatların mövcudluğu barədə bələdiyyə orqanlarına məlumat verdikdən sonra onlar bələdiyyə işçiləri tərəfindən toplanıb.

Hadisədən sonra bələdiyyə sədri Jan-Fransua Debot bu hərəkətin səbəbkarlarına qarşı cinayət işi qaldırdığını açıqlayıb.

Bələdiyyə sədri bu hərəkətin şəhərdə dinc şəkildə yaşayan müsəlmanlara qarşı təhqir olduğunu və bu şəhərdə müsəlmanlara qarşı nifrətin ifadə olunmasına imkan verməyəcəyini bildirib.

O, həmçinin plakatların açıq şəkildə ksenofobiyanı təbliğ etdiyini və bu şəhərdə buna yer olmadığını bildirib.

Fransa İslam Şurası da merinin açıqlamalarını dəstəkləyərək, bu hərəkəti pisləyib və şəhərdə nifrətin yayılmasına qarşı görüləcək tədbirləri tam dəstəklədiyini bəyan edib.

Bu aksiyalar Avropa Parlamentinə seçkilər davam edərkən baş verib. Və bir çox insanlar ifrat sağçıların qələbəsi və bunun Avropa qitəsinin müxtəlif ölkələrində müsəlmanlar üçün nəticələri barədə xəbərdarlıq ediblər.

4215052

captcha