"İQNA", "Əl-Ərəbi Əl-Cədid"-ə istinadən xəbər verir ki, İngiltərədə yüksək dərəcəli hakim işləyən ingilis hakim Tan Əkrəm Fələstinlə həmrəyliyə çağırış və sionist rejimin cinayətlərini və Qəzza müharibəsini pisləyən paylaşımı bəyəndikdən sonra xəbərdarlıq mesajı alıb.
Nəşr olunan məzmun “Fələstin azaddır” mövzusu və İsrail terrorçularının tənqidi və onların mühakimə edilməsinin zəruriliyi ilə bağlı olub.
Aldığı xəbərdarlığa görə bu ingilis hakim Linkedin sosial şəbəkəsindəki səhifəsini bağlayıb.
Bu hakimlə rəftar Britaniya vətəndaşlarının bir neçə dəfə Londonda nümayişlər keçirməsinə səbəb olub. Onlar həmçinin sionistlərin Qəzza zolağında yaşayan fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımı və onların irqi təmizləmə siyasətini pisləyiblər.
4221859