Türkiyə Xarici İşlər Nazirliyi HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda terror edilməsilə bağlı yazılı açıqlama verib.
Bəyanatda, "Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda alçaqcasına sui-qəsd nəticəsində öldürülməsini qınayırıq. Haniyə kimi yüz minlərlə şəhidi öz vətənlərində, öz dövlətlərinin damı altında sülh içində yaşaya bilmələri üçün qurban verən Fələstin xalqına başsağlığı veririk" deyilib.
Bəyanatda sionist rejimin baş naziri Benyamin Netanyahunun kabinetinin sülhə nail olmaq niyyətində olmadığı bir daha üzə çıxarıldığı vurğulanıb və bunlar qeyd edilib:
"Bu hücum həm də Qəzzadakı müharibəni regional ölçüyə yaymaq məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün hərəkətə keçməsə, bölgəmiz daha böyük münaqişələrlə üzləşəcək. Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək".