IQNA

BMT İsraildən işğala son qoymasını tələb edən Fələstin qətnaməsinə səs verib

10:42 - September 20, 2024
Xəbər sayı: 3496712
İQNA – BMT Baş Assambleyası Fələstinin təqdim etdiyi qətnaməni təsdiq edərək, sionist rejimi beynəlxalq qanunları yerinə yetirməyə və Fələstin torpaqlarının işğalına son qoymağa məcbur edən qərarı təsdiqləyib.

"İQNA", "Əl-Qüdsül-Ərəbi"-yə istinadən xəbər verir ki, BMT-nin Baş Assambleyası Fələstinin İsraildən Qəzzada və işğal altındakı İordan çayının qərb sahilindəki “qanunsuz mövcudluğuna” bir il ərzində son qoymasını, hərbi qüvvələrini geri çəkməsini və bütün mühacirləri evakuasiya etməsini tələb edən qətnaməni təsdiqləyib.
Bu qərar 14 mənfi, 124 müsbət və 43 bitərəf səslə qəbul edilib.
Qətnamədə həmçinin sionist rejimin beynəlxalq öhdəliklərini pozması pislənib.
Bu cür hərəkətlərin regional və beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratdığı da vurğulanıb.
Fələstin BMT-yə üzv dövlətlərdən sionist rejim tərəfindən Fələstin torpaqlarının işğalına bir il ərzində son qoyulması üçün qətnamə çıxararaq Fələstin torpaqlarının azad edilməsinə dəstək vermələrini istəyib.
Bu qərarda Beynəlxalq Ədalət Məhkəməsinin məsləhət rəyi də var. Baş Assambleyanın tələbi ilə dərc edilən bəyannamədə 1967-ci ildən Fələstin torpaqlarının sionist rejimi tərəfindən işğalının qeyri-qanuni olduğu vurğulanıb.
4237464

captcha