IQNA

Həzrət Zəhranın (s) əzadarlıq mərasimlərinin ilk gecəsi

23:23 - December 02, 2024
Xəbər sayı: 3497169
Həzrət Zəhranın (s) əzadarlıq mərasimlərinin ilk gecəsi Ali Rəhbərin iştirakı ilə keçirildi.

İQNA-nın verdiyi məlumata görə, Ali Rəhbərin ofisinin informasiya mərkəzindən nəql edildiyi kimi, Həzrət Fatimə Zəhra (s) üçün ilk əzadarlıq gecəsi İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbərinin və Əhli-Beyt (ə) sevənlərinin iştirakı ilə keçirilib.

Mərasimdə Hadi Muvəhhid Əmin Qurani-Kərimdən bir neçə ayəni tilavət etdi. Daha sonra Höccətül-islam vəl-müslimin Mehdi Əslani çıxış edərək, Qurani-Kərim ayələrinə əsaslanaraq Həzrət Fatimə Zəhranın (s) mühüm xüsusiyyətlərindən biri kimi “Təbyin (bəyan etmək) mühəndisliyi” mövzusuna toxundu. O bildirdi ki, Quran mübarizə yolunu yalnız axirət inancına əsasən mümkün hesab edir.

Mərasimdə həmçinin Səid Həddadian Həzrət Zəhra (s) barədə mərsiyə oxudu.

captcha