"Əl-Quds Əl-Ərəbi" internet saytının verdiyi xəbərə görə, Netanyahu rəsmi səfər üçün Vaşinqtonda olarkən İsrailin Kanal 14 televiziyasına gündəmlə bağlı açıqlamalar verib.
Netanyahu istehza ilə bildirib ki, Səudiyyə Ərəbistanı geniş torpaqlara malikdir və orada Fələstin dövləti yarada bilər.
O, 7 oktyabr hadisələrindən sonra burada Fələstin dövlətinin yaradılmasına imkan verə bilməyəcəklərini də bəyan edib.
Netanyahu Fələstin dövlətinin yaradılmasını qəbul etməyəcəyini və Fələstin dövlətinin qurulmasının HƏMAS-ın qələbəsi, İsrailin isə məğlubiyyəti olacağını bildirib.
Netanyahunun açıqlamaları, Ər-Riyadın son vaxtlar fələstinliləri sürgünə məcbur etmək planına sərt reaksiya verməsi, məktubda bir neçə başqa ölkə ilə birlikdə plana qəti şəkildə qarşı çıxdığı bir vaxta təsadüf edir.
4264587