"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, bu təşkilat ərəb ölkələrinin fövqəladə zirvə toplantısına məktub göndərərək, sionistlərin yeganə narahatlığının HƏMAS olmadığını, işğalçıların Qəzza və İordan çayının qərb sahilində Fələstin məsələsinə son qoymaq, sonra isə daha böyük bir İsraili həyata keçirməyə çalışmaq istədiklərini vurğulayıb.
Məktubun bir hissəsində deyilir: “Biz həmçinin onların torpaqlarında paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulana qədər müqavimət göstərmək və silahlarını saxlamaq hüquqlarını təsdiq etməyinizi istəyirik” deyildi.
Birlik həmçinin ərəb ölkələrinin Fələstin xalqının məcburi köçürülməsinə qarşı tutduğu mövqeyi yüksək qiymətləndirib.
Mesajda ərəb ölkələrinin nümayiş etdirdiyi münasibəti tövhid bayrağı altında ərəb-islam qardaşlıq və həmrəylik ruhunun dürüst ifadəsi kimi gördükləri ifadə edilib.
Ümumdünya Müsəlman Alimləri Birliyi də ərəb ölkələrinin rəhbərlərini Fələstinin məcburi köçünün qarşısının alınmasını daim öz gündəmlərində saxlamağa və bu istiqamətdə bütün səylərini sərf etməyə çağırıb.
Bu birlik, həmçinin ərəb həmrəyliyini gücləndirməyə çağırıb və onları Fələstin məsələsinin aradan qaldırılmasının qarşısını almaq üçün əməli addımlar atmalarını istəyib.
Qurum mesajının sonunda Fələstin irsini və kimliyini qoruyan Fələstin qurumlarına dəstəyin vacibliyini vurğuladı.
4269761