“Əl-Cəzirə” xəbər verir ki, Uttarakhand əyalətinin yerli hakimiyyət orqanları 12 İslam məktəbinin müvafiq orqanlar tərəfindən rəsmi qeydiyyata alınmadıqları üçün bağlandığını bildirib.
“Nurul-Huda” İslam Məktəbinin direktoru məktəbin rəsmi təhsil müəssisəsi deyil, ofis olduğunu, uşaqlara dərs saatlarından kənarda dini dərslər verildiyini bildirib.
Uttarakhanddakı İslam məktəblərinin direktoru Məhəmməd İslam bildirib ki, rayon magistraturası fevralın 28-də məktəb direktorlarına əvvəlcədən xəbərdarlıq etmədən qeydiyyatdan keçməmiş məktəblərin bağlanması barədə göstəriş verib.
Ölkədəki müsəlmanlar bu hərəkətlərin onlara qarşı sistematik zülmün bir hissəsi olduğuna inanırlar.
Fəallar deyirlər ki, BJP hökuməti məscidləri sökmək və İslam məktəblərini bağlamaq kimi ayrı-seçkilik siyasəti ilə hindu ekstremistlərini öz tərəfinə çəkməyə çalışır.
Hindistanın Camiat Üləması bu hərəkətin qəsdən müqəddəs Ramazan ayının əvvəlinə salınmasının ciddi narahatçılıqlara səbəb olduğunu vurğulayaraq, bu mərkəzlərin dini fəaliyyətlər üçün mühüm yerlər olduğunu bildirib.
4271711