IQNA

Sionist rejimin Qəzzada törətdiyi cinayətlərin Kanada seçkilərinə təsiri

4:45 - April 19, 2025
Xəbər sayı: 3498036
İQNA - Ottava ilə Qəzza arasındakı məsafəyə baxmayaraq, hazırkı İsrail müharibəsi və onun nəticələri Kanadanın federal seçki kampaniyasında seçicilər və baş nazirliyə namizədlər arasında böyük görünür.

“Əl-Cəzirə” telekanalının verdiyiu məlumata görə, İsrail rejiminin Qəzza zolağında törətdiyi cinayətlər Kanadadakı siyasi proseslərə və ölkənin baş nazirini seçəcək seçkilərə təsir edib.

Donald Trampın ritorikasını təkrarlayan Kanada Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre prezident seçkilərində qalib gələcəyi təqdirdə Qəzzə və Fələstin tərəfdarı etirazlarda iştirak edən əcnəbiləri deportasiya edəcəyinə söz verib.

Yəhudi icmasına dəstək vəd edən Poilievre, Kanadada Fələstin davası tərəfdarları tərəfindən təşkil edilən "nifrət yürüşləri"nin antisemitizmin artmasına töhfə verdiyini iddia edib.

Bu bəyanat, baş nazir Mark Karninin Kanada hökumətinin İsrailə silah satışını dayandırdığını qısaca xatırlamasından üç gün sonra verilib.

Son hadisələrdə Poilievre bir daha Qəzzada baş verənləri “soyqırım” adlandırmağın əleyhinə olduğunu bildirib. O, liberalları seçki mesajlarında ikiüzlü olmaqda ittiham edib.

Müşahidəçilər deyirlər ki, İsraili dəstəkləməkdə və onun Qəzzadakı cinayətlərini qanuniləşdirməkdə israrla Mühafizəkarlar Partiyasının baş nazirliyə namizədi yəhudi qruplarının maliyyə ianələrini və İsrailin əsas media orqanlarının seçki kampaniyası üçün dəstəyini təmin etmək məqsədi daşıyır.

4276861

captcha