İsrail 27 solçu fransalı deputatdan ibarət nümayəndə heyətinin işğal olunmuş Fələstin ərazilərinə səfər etməsinə günlər qalmış vizalarını ləğv edib. Səfər planlaşdırılandan bir ay sonra baş verən bu ləğv beynəlxalq ictimaiyyətin reaksiyası ilə qarşılandı.
“Əl-Cəzirə”nin verdiyi məlumata görə, sionist rejim səlahiyyətliləri bu qərarı onlara “dost münasibət sərgiləməyən şəxslərin ölkəyə girişini əngəlləmək” səlahiyyəti verən qanunla əsaslandırdıqlarını izah ediblər.
“İlk dəfə, planlaşdırılan səfərimizdən cəmi iki gün əvvəl, bir ay əvvəl təsdiq edilmiş vizalarımız İsrail tərəfindən ləğv edildi. Biz bu qəfil qərarın səbəbini bilmək istəyirik. Bu, açıq şəkildə kollektiv cəzanın bir növüdür”, - fransalı deputatlar birgə bəyanatda bildiriblər.
Bəyanatda o da vurğulanıb ki, seçilmiş parlamentarilərin səyahətinin qəsdən qarşısının alınması nəticəsiz qala bilməz. Nümayəndə heyəti Fransa prezidenti Emmanuel Makrondan məsələyə müdaxilə etməsini istəyib.
Qəzzada fələstinlilərə qarşı davam edən soyqırım ittihamları Avropada solçu siyasətçilərin daha da güclənməsinə səbəb olub.
Sionist rejim bu reaksiyalara fransalı deputatların vizalarını ləğv etməklə cavab verdi.