IQNA

Ayətullah Seyyid Məhəmməd Təqi Müdərrisi İsrailin İrana qarşı hücumlarını pisləyib

10:37 - June 25, 2025
Xəbər sayı: 3498410
İQNA – Kərbəlanın tanınmış alimlərindən Ayətullah Seyyid Məhəmməd Təqi Müdərrisi İsrailin İrana qarşı hücumlarını pisləyib.

“Əl-Fərat News” saytının məlumatına görə, Ayətullah Müdərrisi verdiyi açıqlamada deyib:

“Sionist rejim bütün beynəlxalq qanunları və ən sadə insani prinsipləri pozaraq İran İslam Respublikasına qarşı açıq təcavüzünü davam etdirir.”

Açıqlamada həmçinin İslam İnqilabının yüksək dini və siyasi liderinə də təhdid edildiyi vurğulanıb.

Ayətullah Müdərrisi bu rejimi qoruyan ölkələri xəbərdar edərək bildirib ki, dini simvolları hədəf alan və bütün müsəlmanlara qarşı bir müharibə olan bu təhlükəli düşüncəyə qarşı diqqətli olmalıdırlar.

Ayətullah Müdərrisi sonda deyib:

“Ölkələri, bölgəni və dünyanı xaosa sürükləyə biləcək hadisələrin qarşısını almaq üçün tarixi məsuliyyətlərini üzərlərinə götürməyə çağırırıq.”

4289611

Teqlər: İraq ، alim ، iran ، ayətullah
captcha