IQNA

İmam Hüseynin (ə) Aşura gecəsi əzadarlıq mərasimi Ali Rəhbərin iştirakı ilə keçirildi

4:35 - July 06, 2025
Xəbər sayı: 3498478
İQNA - İmam Hüseynin (ə) Aşura gecəsi əzadarlıq mərasimi Ali Rəhbər Ayətullah Xamenei həzrətlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) Hüseyniyəsində keçirildi.

“İQNA” xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbərinin informasiya portalının yaydığı məlumata əsasən, Aşura gecəsi münasibətilə İmam Xomeyni (r.ə) Hüseyniyəsində əzadarlıq mərasimi keçirilib. Bu mərasimdə İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei həzrətləri və cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak ediblər.

Mərasimdə çıxış edən Höccətül-İslam Məsud Ali, İmam Hüseynin (ə) qiyamının zalıma qarşı müqavimət və duruş dərsi olduğunu qeyd edərək, İslam İranını Vəliyyi-Əmr rəhbərliyində dünya müqavimət cəbhəsinin mərkəzi adlandırdı. O, dünya sionizmini batil cəbhənin əsas oxu kimi göstərərək dedi: “İran xalqı Aşura dərslərinə əsasən heç vaxt batil cəbhəyə təslim olmayacaq; çünki “Heyhat minnəzzillət” şüarını özünə nümunə götürüb”.

Mərasimin sonunda isə Məhmud Kərimi Həzrət Əbaəbdillah Hüseynin (ə) və onun şəhid olmuş səhabələrinin matəmində şeir və növhə oxuyaraq mərsiyə söylədi.

4292760

captcha