IQNA

Əl-Cəzirə xəbər verdi:

Yaxın Şərqin nüvə silahına sahib olmaq haqqı yoxdurmu?

1:39 - July 12, 2025
Xəbər sayı: 3498506
İQNA - Qərbin İranın nüvə proqramını ləğv etməkdəki yekdil mövqeyi bir daha bu sualı gündəmə gətirib: “Yaxın Şərqdə nüvə silahına sahib olmaq haqqı yoxdurmu?”

“İQNA” xəbər verir ki, “Əl-Cəzirə”-nin internet səhifəsində misirli yazar və jurnalist Mahmud Sultan tərəfindən yazılmış məqalədə belə deyilir:

Onilliklərdir ki, ərəb populistləri belə hesab edirlər: “Veto hüququ ki, bu adətən hər bir ərəb (və ya müsəlman) ölkəsinin nüvə gücləri qrupuna qoşulmaq arzusudur — köhnə xaç yürüşləri dövrünün (1096–1291-ci illər) davamıdır.

Bu ritorika “vetonun dini xarakterli olması” fikrinə əsaslanır və öz ictimai legitimliyini belə bir sualın cavabını dini şərhlə izah etməyə çalışan sübutlardan alır:

Niyə yalnız müsəlmanların bu sahədəki arzuları boğulur?

Xüsusilə də, beynəlxalq hüquq və dövlətlərarası münasibətlərdə əsas prinsip sayılan “qarşılıqlılıq prinsipi” onları nüvə silahı da daxil olmaqla, silah sahibi olmaq haqqından nə hüquqi, nə də əxlaqi cəhətdən məhrum etmir.

4293082

captcha