IQNA

Livan Hizbullahı Suriyanın Daxili İşlər Nazirliyinin irəli sürdüyü iddiaları təkzib edib

2:59 - July 14, 2025
Xəbər sayı: 3498522
İQNA – Livanın Hizbullah hərəkatı bəyanat yayaraq, Suriyanın Daxili İşlər Nazirliyinin saxlanılan bir şəxsin Hizbullahla əlaqəsi barədə irəli sürdüyü iddiaları rədd edib.

“İQNA”-nın “əl-Məyadin” telekanalına istinadla verdiyi xəbərə görə, Livan Hizbullahının Media Əlaqələri İdarəsi, bazar günü yaydığı bəyanatda Suriyanın Daxili İşlər Nazirliyinin saxlanılan şəxslə bağlı irəli sürdüyü iddiaları təkzib edib.

Hizbullah bəyanatda vurğulayıb ki, Suriyada heç bir mövcudiyyəti və fəaliyyəti yoxdur və heç bir hadisə və ya toqquşma ilə əlaqəsi yoxdur.

Livan Hizbullahı həmçinin Suriya xalqının təhlükəsizliyi, sabitliyi və əmin-amanlığına sadiqliyini bir daha ifadə edib.

Bundan əvvəl Suriya Daxili İşlər Nazirliyi Mahmud Fazil adlı şəxsi saxladıqlarını və onun üzərində istifadəyə hazır partlayıcı maddələr aşkar etdiklərini iddia etmişdi.

Nazirlik bu şəxsin “rayonda terror aktı törətmək niyyətində olduğunu” və “Hizbullahın bir hücrəsi ilə əlaqəli olduğunu” iddia etmişdi.

4294156

captcha