IQNA

Quranda küləklə bağlı elmi möcüzələrin təhlili Əl-Əzhər Cümə Məscidində

1:01 - July 15, 2025
Xəbər sayı: 3498526
İQNA - Misirin Əl-Əzhər Cümə Məscidində “Quranda küləyin elmi möcüzələrinin aspektləri” mövzusunda seminar keçirilib.

“İQNA”-nın “mobtada.com” saytına istinadla verdiyi xəbərə görə, bu seminar Əl-Əzhər Cümə Məscidində təşkil olunan həftəlik təfsir mühazirələri silsiləsinin bir hissəsidir. Bazar günü keçirilən seminarda Əl-Əzhər Universitetinin “Misirin yeni şəhərlərindən biri” şəhərində yerləşən Qızlar fakültəsinin rəhbəri Həmdi əl-Hüdhüd və Əl-Əzhər Universitetinin Elm fakültəsinin ustadı Mustafa İbrahim iştirak edib.

Əl-Əzhər Cümə Məscidində Elmi fəaliyyətlər üzrə ümumi nəzarətçi Əbdülmünim Fuad bu barədə deyib: “Bu seminar Quran ayələri və Quran məfhumları üzərində düşünmək və təfəkkür etmək üçün önəmli bir fürsətdir və Qurani-Kərimin elmi möcüzələrinə dair araşdırmalar üçün yeni yollar açır”.

O əlavə edib: “Bu müzakirə iştirakçıların dini və mədəni şüurunu artırmaqda və onları dini mətnlər üzərində dərin düşünməyə təşviq etməkdə təsirli olacaq”.

Bu istiqamətdə, Əl-Əzhər Cümə Məscidinin rəhbəri Hani Uda da seminarın təşkil olunmasından məmnunluğunu ifadə edərək Qurani-Kərimin möcüzələrinin İslam ümmətinin kimlik formalaşdırmasındakı əhəmiyyətini vurğulayıb.

O bildirib: “Əl-Əzhər Cümə Məscidi daim maarifləndirməyə və şüurlu, ziyalı bir cəmiyyət yetişdirməyə çalışır və bu təfsir seminarları bu məqsədə çatmaq üçün yeni bir proqramdır”.

Uda qeyd edib ki, bu təfsir seminarları hər bazar günü dövri şəkildə keçirilir və bu tədbirlərdə Əl-Əzhərin mütəxəssis alim və müəllimləri iştirak edirlər.

O həmçinin xatırladıb ki, bu tədbirin bir hissəsi sual-cavab və azad müzakirəyə həsr olunacaq və bu, iştirakçılara qarşılıqlı fikir mübadiləsi üçün imkan yaradacaq.

Qeyd edək ki, Qurani-Kərimdə külək Allahın ayələrindən və Onun qüdrətinin nişanələrindən biri kimi təqdim edilir. Quranda küləyin buludların mayalanmasında, onların daşınmasında, müxtəlif istiqamətlərdə əsərək həyat üzərindəki təsirinə işarə olunur. Allah Quranda küləkləri “ləvaqiḥ” (mayalandırıcı) olaraq təqdim edir ki, onlar buludları mayalandıraraq yağışın yağmasına səbəb olurlar.

Qurandakı “tasrif ər-riyah” ifadəsi küləyin istiqamətinin və sürətinin dəyişməsi mənasını verir və Allahın küləkləri insanların xeyrinə və ehtiyaclarına uyğun şəkildə yönləndirdiyini ifadə edir.

Eyni zamanda, Quranda külək Allahın bir mərhəməti kimi tanıdılır ki, o, zəhərli küləklər və fırtınalar kimi bir əzaba da çevrilə bilər.

4293990

captcha