“Anadolu” agentliyinin verdiyi məlumata görə, iyulun 14-də bu limanın 2 və 3-cü körpülərində keçirilən etiraz aksiyasında fəhlə həmkarlar ittifaqının üzvləri ilə yanaşı, Fələstin tərəfdarı fəallar, solçu qruplar və Yunanıstan Kommunist Partiyasının (KKE) qanunvericiləri də iştirak ediblər. Onlar bildiriblər ki, bu limanın fələstinlilərin soyqırımını dəstəkləyən bir bazaya çevrilməsinə imkan verməyəcəklər.
Yunanıstan Liman İşçiləri Həmkarlar İttifaqının sədri Markos Bekris deyib: “Biz bu limanın ABŞ, NATO və ya Avropa İttifaqının bazasına çevrilməsinə imkan verməyəcəyik. Məqsədimiz odur ki, praktik olaraq yükün boşaldılmasının qarşısını alaq və bu ölümcül yükün İsrailə daşınmasına mane olaq. Əllərimizi qanla bulamayacağıq və nə şərik, nə də qisasın hədəfi olmayacağıq”.
Əvvəllər dərc edilmiş məlumatlara əsasən, Türkiyə ilə İsrail arasındakı ticarət üçüncü tərəflər, o cümlədən Yunanıstan vasitəsilə davam edir. Halbuki Ankara, sionist rejimin Qəzzədə törətdiyi cinayətlərə cavab olaraq, İsraillə ticarəti tamamilə dayandırdığını elan etmişdi.
“Middle East Eye” saytının bir hesabatına əsasən, İsrailin Mərkəzi Statistika İdarəsinin dərc etdiyi rəqəmlər göstərir ki, 2024-cü ilin may ayında İsrail Türkiyədən 116 milyon dollar dəyərində məhsul idxal edib. Bu isə ötən ilin eyni ayı ilə müqayisədə (377 milyon dollar) 69 faiz azalma deməkdir.
Habelə, İngiltərə və İtaliyada fəaliyyət göstərən böyük pərakəndə satış şəbəkələri, o cümlədən “Co-op” mağazalar şəbəkəsi İsrail məhsullarının satışını boykot etmək qərarına gəlib.
Ənənəvi olaraq İsrailin Avropadakı ən yaxın müttəfiqlərindən biri sayılan Almaniyada da İsrailə qarşı oxşar boykot əlamətləri müşahidə olunur. Almaniyada fəaliyyət göstərən “Aldi” supermarketlər şəbəkəsi bir aydan çoxdur ki, İsrail məhsullarının alınmasını dayandırıb. Qəzzədə İsrailin törətdiyi soyqırımla bağlı alıcılar arasında artan qəzəbli reaksiyalardan sonra, İtaliya və İngiltərədəki “Co-op” şəbəkəsi İsrail məhsullarının satışını dayandırmaq qərarına gəlib. Bu addım İngiltərədəki “Waitrose”, Almaniyadakı “Aldi”, və Yaponiyadakı bəzi mağazalar kimi böyük pərakəndə satış şirkətlərinə mənfi təsir göstərib.
4294376