IQNA

Müsəlman Alimlər Beynəlxalq İttifaqı:

İslam dünyası İsrailin Suriyaya təcavüzünə qarşı yekdil reaksiya versin

4:15 - July 19, 2025
Xəbər sayı: 3498551
İQNA - Müsəlman Alimlər Beynəlxalq İttifaqı bəyanat yayaraq, sionist rejimin Suriyaya qarşı son təcavüzünü sərt şəkildə pisləyib və İslam dünyasından bu hücuma qarşı birgə və vahid mövqe nümayiş etdirməyi tələb edib.

“Əl-Ümmə” informasiya agentliyinə istinadən, bu bəyanatda İsrailin Dəməşqə son hücumu “İslam ümmətinin hörmətinin açıq şəkildə pozulması və bütün ərəb və müsəlmanların izzətinə dərin bir yara” kimi qiymətləndirilib.

Bəyanatda bildirilir ki, bu hücum təkcə hərbi deyil, eyni zamanda İslam dünyasının qüruruna və şüuruna qarşı psixoloji bir təcavüzdür və paytaxtların – xüsusilə də Dəməşqin – dəfələrlə hədəf alınması simvolik və strateji baxımdan misilsiz nəticələrə səbəb ola bilər.

İttifaq İslam və ərəb ölkələrinin liderlərinə təcili fövqəladə toplantı keçirməyi tövsiyə edərək, “sionist rejimin İslam ümmətinin izzəti ilə oyun oynamasına” son qoyulmasının zəruriliyini vurğulayıb.

Bəyanatda deyilir: “Birləşmiş mövqe artıq bir seçim deyil, zərurətdir. Çünki İslam ümmətinin izzəti açıq-aşkar tapdanır.”

İttifaq həmçinin Suriya keçid hökumətini xüsusilə ölkənin cənubundakı Süveyda bölgəsində məzhəblərarası gərginliyin artdığı bir zamanda müdriklik, ədalət və təmkinlə davranmağa çağırıb.

Bəyanatda qeyd olunur ki, ölkədə qarşıdurma yaratmağa çalışan hər kəsin dəqiq şəkildə məsuliyyətə cəlb olunması vacibdir. Vurğulanıb ki, silahlar yalnız işğalçıya yönəlməlidir, daxildə – istər druz, istər sünni – nifrəti alovlandırmaq üçün deyil.

Bəyanatda həmçinin bildirilib ki, məzhəblər arasında nifrəti alovlandırmağa yönələn hər bir cəhd sionist rejimin maraqlarına xidmət edir.

İttifaq Suriyadakı tanınmış alimlərə və dini-milli şəxsiyyətlərə çağırış edərək, xüsusilə druzlar və sünnilər arasında əsl barışıq əldə olunması və xalq arasında parçalanmaların aradan qaldırılması üçün təcili toplantı keçirməyə səsləyib.

Müsəlman Alimlər Beynəlxalq İttifaqı həmçinin bu təşəbbüsə qoşulmaq məqsədilə təşkilatın rəhbərinin başçılığı ilə bir nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib.

İsrailin bölgədə artan hücum təhlükəsinə işarə edən İttifaq, bu təcavüzlərin qarşısını almaq üçün effektiv bir İslam hərbi və iqtisadi ittifaqının yaradılması barədə əvvəlki çağırışını da yeniləyib.

Nəhayət, İttifaq beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa əsasən öz öhdəliklərini yerinə yetirməyə və sionist rejimin daimi təcavüzlərini – xaosu genişləndirməyə və radikal ekspansionist gündəmi irəli aparmağa xidmət edən hücumları – dayandırmağa çağırıb.

4294924

captcha