IQNA

Alman klubunun hücumçusu Quran oxudu – Böyük maraqla qarşılandı

16:58 - August 03, 2025
Xəbər sayı: 3498637
İQNA - Almaniyanın “Borussiya Dortmund” klubunun hücumçusu Serhou Guirassy, yay tətilində doğulduğu Qvineyada Qurani-Kərimi tilavət edib və bu hərəkəti onun sevənləri tərəfindən böyük maraqla qarşılanıb.

“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadla verdiyi xəbərə görə, Serhou Girassi yay tətili zamanı Qvineyadakı doğma kəndinə səfəri zamanı Quran tilavət edib və oradakı insanlar onun bu addımını böyük diqqətlə izləyiblər.

Yayılan video görüntülərində bu məhsuldar hücumçunun Qurani-Kərimi doğma yurdundakı bir Quran məktəbində səlis və ahəngdar tərzdə oxuduğu görünür. Oradakı insanlar da mobil telefonları ilə bu anı lentə alaraq ona sevgi və maraq göstərirlər.

29 yaşlı Guirassy yalnız qol vurmaq bacarığı ilə deyil, həm də imanı və dini öhdəliklərinə sadiqliyi ilə tanınır. Bu, onun qol vurduqdan sonrakı davranışlarında da özünü göstərir.

2024-cü ilin iyun ayında 18 milyon avroya Borussiya Dortmund klubuna keçən Qvineyalı hücumçu, müxtəlif yarışlarda keçirdiyi 50 oyunda 38 qol vurub və 9 qolun ötürməsini verib.

Əvvəllər Almaniyanın “Ştutqart”, “Köln”, Fransanın “Lill”, “Oser” və “Renn” klublarında çıxış edən bu futbolçu, beynəlxalq səviyyədə 22 oyunda 9 qol vurmağa müvəffəq olub.

4297682

kod
captcha