“İQNA”-nın “əl-Aləm” kanalına istinadən verdiyi xəbərə görə, KHAMENEI.IR-in ivrit səhifəsi avqustun 25-i, bazar ertəsi gecəsi Ali Rəhbərin İmam Rzanın (ə) şəhadəti münasibətilə keçirilən mərasimdəki bəyanatının bir hissəsini paylaşmışdır.
Paylaşımda vurğulanıb: “Bu gün düşmənimiz – sionist rejim dünyanın ən nifrət edilən rejimidir, xalqlar da sionist hakimiyyətdən iyrənirlər, hətta dövlətlər də onu qınayırlar.”
Ali Rəhbər 24 avqust, bazar günü İmam Rzanın (ə) şəhadət günü münasibətilə minlərlə müxtəlif təbəqədən olan insanlarla görüşdə çıxış edərək, İmamın Xorasana səfərinin ən mühüm bərəkətlərindən birini “Əhli-beyt (ə) məktəbinin fövqəladə yayılması”, digərini isə “İslam dünyasında Aşura məsələsinin və İmam Hüseynin (ə) qiyam fəlsəfəsinin sürətlə yayılması” adlandırdı və gündəlik məsələlərlə bağlı mühüm məqamları vurğuladı.
4301726