“İQNA”-nın verdiyi xəbərə görə, “The Guardian” yazıb: “BMT İsrailə xəbərdarlıq edib ki, ordusunun Qəzzadakı xəstəxanaya hücumu ilə bağlı aparılan istintaq real nəticələrə gətirib çıxarmalıdır”.
BMT bildirib: “İsrail təkcə dünən xəstəxanaya hücum zamanı baş verən və 20 nəfərin, o cümlədən jurnalistlərin ölümü ilə nəticələnən qanunsuz qətllərlə bağlı araşdırma aparmamalı, həm də bu araşdırmaların nəticə verməsini təmin etməlidir”.
BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Səmim əl-Xeytan deyib: “Qəzza müharibəsində çoxlu sayda media işçisinin öldürülməsi jurnalistlərin hədəfə alınması ilə bağlı çoxlu suallar doğurur”.
İsrailin bazar ertəsi günü Qəzzanın cənubundakı Xan Yundis şəhərində yerləşən Nasir xəstəxanasına hücumu nəticəsində azı 20 nəfər, o cümlədən beş jurnalist öldürülüb və bu, beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olub. “Reuters”, “Associated Press” və “Al Jazeera” öldürülən həmkarlarının yasını tutaraq bəyanatlar yayıblar. İsrail ordusu isə hadisə ilə bağlı araşdırma aparacağını açıqlayıb.
4301798