“İQNA”-nın “CNN”-ə istinadla verdiyi xəbərə görə, Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Fələstin məsələsi həll olunmadığı müddətcə Qətər İsraillə heç bir sülhə nail olmayacaq.
O izah edib: “Qətər həmişə inanıb ki, Fələstin məsələsi ərəb ölkələri və İsrail vasitəsilə həll olunmalı olan bir ərəb məsələsidir”.
Əl-Ənsari əlavə edib ki, biz həmişə demişik: “Fələstin məsələsinə bir həll tapılmadığı müddətcə bölgədə hərtərəfli sülhü təsəvvür etmək çox çətindir”.
Qətər XİN sözçüsü vurğulayıb ki, aydındır: “Bölgədə sülh ikitərəfli məsələ deyil, bu, mahiyyəti və əsası Fələstin məsələsinin həlli olan bir təhlükəsizlik strukturudur.
O qeyd edib ki, Qətərin İbrahim sazişinə qoşulmaq və İsraillə münasibətləri normallaşdırmaq mövqeyi Səudiyyə Ərəbistanının mövqeyi ilə eynidir – yəni sülhdən danışmazdan öncə Fələstin məsələsinin həllini şərt qoymaqdır.
Əl-Ənsari deyib ki, xüsusilə son hadisələrdən sonra bu baxış bölgədə hakim rəyə çevrilib.
Qətər XİN sözçüsü İsrailin son hücumu barədə də danışaraq bildirib ki, bu hücum ABŞ-ın əsir mübadiləsi ilə bağlı təklifinin müzakirə edildiyi iclasa qarşı həyata keçirildi və bu da İsrailin danışıqlarda səmimiliyinə dair şübhələr yaratdı.
O, həmçinin qeyd edib ki, HƏMAS nümayəndələrinin məskunlaşdığı məkanın bombalanması, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə HƏMAS heyətinin rəhbəri arasında ABŞ prezidentinin təklifinin təhvil verilməsi və onlardan cavab tələb edilməsi üçün keçirilən görüşdən bir gün sonra baş verib.
4305940