“İQNA”, “Əl-Kəfil”-ə istinadən xəbər verir ki, bu məclis Kərbəladakı İmam Mehdi (ə.f) məqamında başlayıb və burada Nəhcül-Bəlağə ilə bağlı anlayışlar mövzu baxımından təsnif edilərək müzakirə olunub.
Proqram Mehdi Əsgərinin Quran oxuması ilə başlayıb, ardınca şəhidlərin ruhu üçün Fatiḥə surəsi oxunub.
Həmçinin Nəhcül-Bəlağə Darul-Ulumunun rəhbəri Əbdülhəsən Ətiyyənin çıxışı, mərkəzin fəaliyyətlərindən ibarət sənədli filmin nümayişi və Şeyh Hani ər-Rübeyi ilə Məhəmməd ər-Raşidinin nitqləri bu məclisin proqramı daxilində olub.
Həzrət Abbas (ə) türbəsinin Nəhcül-Bəlağə Darul-Ulumunun rəhbəri bildirib: "Bu məclis həftəlik olaraq keçiriləcək və burada Nəhcül-Bəlağə kitabının mövzuları etiqadi, əxlaqi, idarəetmə, sosial məsələlər, insan tərbiyəsi və təlimi kimi əsaslar əsasında izah olunacaq."
O əlavə edib: "Bu proqramın məqsədi Nəhcül-Bəlağənin mövzu metodologiyası əsasında elmi tədqiqidir və İraqın müxtəlif vilayətlərindən fərqli qruplardan iştirakçılar burada iştirak edəcəklər."
Proqramın digər natiqi Seyid Məhəmməd ər-Raşidi isə deyib: "Bu layihə öz növündə İraqda birinci layihədir və uzunmüddətli bir layihə hesab olunur. İlk mərhələsində Nəhcül-Bəlağənin 40 mətnini əhatə edir və bu mətnlərin hər biri hər həftənin bazar günü müzakirə olunacaq."
4330683