“İQNA”-nın Səudiyyə xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının beynəlxalq hifz, qiraət və təfsir müsabiqələri öz tarixində ilk dəfə olaraq qadınlar bölməsini də əhatə edəcək.
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Məlik Əbdüləziz adlı növbəti beynəlxalq hifz, qiraət və təfsir müsabiqələrində qadınlar bölməsinin təqdim edilməsini təsdiqləyib.
Bu, qadınların bu müsabiqələrdə rəsmi olaraq ilk dəfə iştirak etməsidir.
Məlik Əbdüləziz beynəlxalq müsabiqələrində qadınların iştirakı qərarı Səudiyyə Ərəbistanının İslam İşləri Naziri və milli və beynəlxalq bütün Quran yarışlarına rəhbərlik edən Əbdüllətif bin Əbdüləziz tərəfindən verilmiş təklifdən sonra qəbul edilib.
Bu müsabiqələr Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyinin himayəsi ilə hər il Məscidülhəramda keçirilir və ən mühüm beynəlxalq Quran hadisələrindən biri hesab olunur.
Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi bəyan edib ki, qadınların "Məlik Əbdüləziz" beynəlxalq Quran müsabiqələrində iştirakı 1979-cu ildən başlayan bu yarışların tarixində mühüm bir inkişaf sayılır.
Bu nazirliyin yaydığı bəyanatda bildirilir ki, Məlik Əbdüləziz adlı beynəlxalq hifz, qiraət və təfsir müsabiqələrinin qırx altıncı dövrü dünyanın hər yerindən qadın və kişi iştirakçıların iştirakı ilə daha geniş əhatəli olacaq.
Təqdim olunan təqvimə əsasən, Məlik Əbdüləziz adlı beynəlxalq hifz, qiraət və təfsir müsabiqələrinin qırx altıncı dövrünün bağlanış mərasimi 19 avqust 2026-cu il tarixinə təsadüf edir.
4351600