IQNA

Məşhur misirli qarinin İmam Hüseyn (ə) hərəminin Quran fəaliyyətlərini təqdir etməsi

12:43 - June 10, 2026
Xəbər sayı: 3500520
İQNA – Misirli Quran qarisi və hakimi Şeyx Əbdülfəttah Taruti, İmam Hüseyn (ə) hərəminin Quran fəaliyyətlərinə dəstəyini təqdir edib.

“İQNA”-nın "əl-Kəfil"ə istinadən verdiyi xəbərə görə, Misir Quran Qariləri Birliyinin sədr müavini Şeyx Əbdülfəttah Taruti bildirib ki, Müqəddəs İmam Hüseyn (ə) hərəminin Quran əzbərləmə proqramları və kampaniyalarına dəstəyi qlobal təsirə malik ülvi bir mesajdır və bu, Müqəddəs Quran nurunun bütün dünyada yayılmasına kömək edir. O, bu sözləri İmam Hüseyn (ə) hərəminin 30 ölkənin iştirakı ilə təşkil etdiyi Beynəlxalq Quran həftəsi proqramında deyib.

Taruti deyib: "Müqəddəs İmam Hüseyn (ə) hərəmi Quran əzbərləmə kampaniyalarını və layihələrini dəstəklədikdə, Peyğəmbər əhli-beytinin (s) ətri ilə yoğrulmuş Quran nurunun bütün dünyada yayılmasına kömək edir. Bu, hər kəsin dərk etməli olduğu böyük bir mesajdır."

O əlavə edib: "Bu rol, Allahın Kitabına və onun daşıyıcılarına göstərilən yüksək səviyyəli diqqəti nümayiş etdirir." O, qeyd edib: "Bu dəstək Müqəddəs Qurana qarşı son həddə çatan hörmət və ehtiramı nümayiş etdirir və Peyğəmbərə (s) və onun pak əhli-beytinə olan sevgi mənasını təcəssüm etdirir."

İmam Hüseyn (ə) hərəmi, Allahın Kitabının hasfizlərinə yönəlmiş müxtəlif Quran layihələrinə dəstək və yardım göstərməklə, həmçinin İraqda və İslam dünyasında qarilərə dəstək verməklə Müqəddəs Qurama və elmlərinə böyük diqqət yetirir. Bu səylərə Quran məclislərinin təşkili, ixtisaslaşmış kursların açılması, beynəlxalq müsabiqələrə dəstək, habelə müxtəlif ölkələrdən Quran heyətlərini qəbul etmək daxildir.

Beynəlxalq Quran həftəsi tədbirləri, qiraət və Quran əzbərləmə sahəsində 5-ci Beynəlxalq Kərbəla Mükafatı ilə yanaşı, 1-ci Beynəlxalq "gənclər" Müsabiqəsi, 4-cü "Əzəmətli Xəbər" Xəttatlıq Sərgisi və digər Quran tədbirlərini əhatə edir.

Bu yarışlar Beynəlxalq Kərbəla Quran həftəsinin sonuna qədər, (11 iyun) İmam Hüseynin (ə) müqəddəs hərəmində saat 16:00-dan 18:00-dək və 20:30-dan 22:00-dək (İraq vaxtı ilə) davam edəcək.

4357376

captcha