IQNA

Rusiyada “İslam Dünyası” silsilə toplanışlarının 4-cüsü keçirildi

16:13 - February 17, 2014
Xəbər sayı: 1376409
Beynəlxalq qrup: Rusiyada “İslam Dünyası” adı ilə keçirilən İslam Mədəniyyəti üzrə regional toplanışların 4-cü turu 2014-cü ilin mart ayının 12-dən 15-dək Rusiyanın Perim şəhərində keçiriləcəkdir.


 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “islam.ru” xəbər saytına istinadən verdiyi xəbərə görə Rusiyada “İslam Dünyası” adı ilə keçirilən İslam Mədəniyyəti üzrə regional toplanışların 4-cü turu Perim müsəlmanlarının dini idarəsinin təşəbbüsü və İslam Təlimləri və Mədəniyyəti təşkilatının həmkarlığı ilə “Perimskaya Yarmarka” sərgilər salonunda 2014-cü ilin mart ayının 12-dən 15-dək Rusiyanın Perim şəhərində keçiriləcəkdir.
Bu toplantı Rusiya müsəlmanlarının İslam mədəniyyətinin genişləndirilməsi və məzhəblər arasında münasibətlərin yaxşılaşdırılması hədəfi ilə hər il Perimdə keçirilir.
Toplantıda müxtəlif proqramlar, o cümlədən Rusiyada yaşayan müsəlmanların müasir yaşayışından videolentlər göstərilir.
Bu toplantının haşiyəsində İslam Tarixi və Mədəniyyəti sərgisi və Halal Qidalar nümayişgahı bərpa olunacaqdır.
Bu toplantı 4 gün müddətində keçiriləcək və kənarında Quran qiraəti yarışları da olacaqdır. Hər il bu toplantıya on mindən çox iştirakçı gəlir.

1375374

captcha