IQNA

Danimarkada heyvanların İslami qaydada kəsilməsi qadağan edilib

10:46 - February 18, 2014
Xəbər sayı: 1376627
Beynəlxalq qrup: Danimarkanın Kənd Təsərrüfatı Nazirliyi dünən (17 fevral 2014) elan edib ki, 17 fevral 2014-cü il tarixindən etibarən heyvanların İslam və Yəhud dini qaydalarına uyğun olaraq kəsilməsi bu ölkədə qadağandır.

İQNA – nın (Beynəlxalq Quran Xəbər Agnetliyi) “World Bulletin” saytına istinadən verdiyi xəbərə görə Danimarkanın Kənd Təsərrüfatı Nazirliyi dünən elan edib ki, 17 fevral 2014-cü il tarixindən etibarən heyvanların İslam və Yəhud dini qaydalarına uyğun olaraq kəsilməsi bu ölkədə qadağandır. Bu isə o deməkdir ki, bundan sonra bu ölkədə yaşayan müsəlmanlar və yəhudilər özlərinə lazım olan halal ət qidasını almaq üçün bu ölkənin bazarlarındakı qəssablara müraciət edə bilməyəcək və təkcə idxal olunan qida məhsullarından istifadə edə bilərlər.
Danimarkanın Kənd Təsərrüfatı Nazirliyi bu qanuna barədə açıqlama verərkən iddia edib ki, heyvanların başlarının İslam və Yəhud dini əsasında kəsilməsi qeyri-əxlaqidir və bu heyvanların hüquqlarını pozmaqdır və dini hüquqlar heyvanların hüququndan önə salına bilməz.
Bu bir haldadır ki, müsəlmanlar və yəhudilər heyvanların şəriət əsasında başlarının kəsilməsini ən asan və əziyyətsiz hesab edirlər.
Qeyd edək ki, Avropa Birliyinin Sağlamlıq Komissarlığı danimarkalıların bu addımını pisləyib və bu işi Avropa Birliyinin qanunlarına zidd və qeyri-əxlaqi hesab edib.
Danimarkanın Kənd Təsərrüfatı Naziri deyib ki, bu etirazlara baxmayaraq şəri kəsilmənin qadağa qanunu götürlüməyəcək.

1376213

 

captcha