İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri dünən (18 fevral 2014) İslam ölkələrinin doqquzuncu parlamentlərarası iclasında deyib: Oktay Əsədov deyib: Ümid edirik ki, bu gün bu iclasda aparılan fikir mübadiləsi bizim təşkilat hədəflərimizin reallaşmasına kömək edəcək. Bizim dövlətimiz bu iclasa çox böyük dəyər verir. İslami dəyərlər mübadiləsi bizim üçün mühüm dəyərlərdən biridir.
O, sonra söyləyib: Son illərdə belə bir məsələnin şahidi olmuşuq ki, parlamentlərarası birlik Azərbaycana qarşı hərbi hücumlarla mübarizə və müxalifət barədə böyük rol oynayıb və Azərbaycanın mövqeyini də dəstəkləyibdir.
O. Əsədov deyib ki, Azərbaycan hökuməti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İƏT Parlament İttifaqının inkişafına böyük əhəmiyyət verir: “Əgər dövlət və ya cəmiyyət mənəvi eybəcərliyə müqavimət göstərə bilmirsə, davamlı sabitlik mümkün deyil. Müasir dövrdə çoxsaylı problemləri təkbaşına həll etmək iqtidarında olmadığımızın şahidiyik. Ona görə də bütün müsəlman ölkələrinin birgə hərəkət etməsi lazımdır”.
MM sədri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də danışıb: “İslam Əməkdaşlıq Təşkilatı 2008-ci ildə Azərbaycanın mövqeyinin dəstəklənməsində təsirli rol oynayıb. BMT məhz İslam ölkələrinin dəstəyi ilə Azərbaycanda münaqişəli vəziyyətin həllinə dair qətnamə qəbul edib”.
O. Əsədov əlavə edib ki, Azərbaycan Fələstin və Suriya məsələsində də güclü mövqeyə malikdir: “Mən diplomatiyanın daha böyük rol oynamasının lazım olduğuna inanıram. Parlament İttifaqına üzv ölkələr arasında parlament diplomatiyası da bu sahədə misilsizdir. Fələstin və Suriya məsələsi də bu şəkildə həll edilə bilər”.
Sonda O. Əsədov Azərbaycan dövlətinin mövqeyini dəstəklədiyinə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edib.