IQNA

Ənsarullah Yəmənin İsrail rejiminin Qətərə hücumuna reaksiyası

10:48 - September 10, 2025
Xəbər sayı: 3498840
İQNA - Sionist rejiminin Qətərə hücumu Yəmənin Xarici İşlər Nazirliyi, siyasi bürosu və Ənsarullah hərəkatının yüksək səviyyəli üzvlərinin reaksiyasına səbəb olub.

“əl-Məsirə”nin məlumatına görə, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib: “İsrail düşməninin Dohada HƏMAS-ın danışıqlar heyətinə hücumu vəhşicəsinə, terrorçu xarakterli və ABŞ-ın dəstəyi ilə həyata keçirilib. Ərəb və İslam ölkələrinin rejimləri və ordularının susqunluğu, praktiki mövqe ortaya qoymaması sionistlərin azğınlaşmasına səbəb olub”.

Əl-Husi vurğulayıb: “Praktiki mövqe ortaya qoymamaq Fələstinə, Yəmənə, İrana və Suriyaya hücumlara yol açıb. Yalnız praktiki mövqe ilə saxta rejimin, ABŞ və Avropa himayədarlarının zorakılıqlarının qarşısını almaq olar. İsrail düşməninin və onun amerikalı və avropalı himayədarlarının zorakılıqları bəyanatlar və utancverici ərəb-islam mövqeləri ilə aradan qalxmayacaq”.

Həmçinin Yəmən Xarici İşlər Nazirliyi də bu hücumu pisləyərək, onu Qətərin suverenliyinin, BMT nizamnaməsinin və beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıb.

Nazirliyin bəyanatında qeyd olunub: “Qətərə qarşı bu namərdcəsinə hücum bir daha göstərdi ki, sionist düşmən bütün sərhədləri və qırmızı xətləri aşaraq azğınlıq edir. Sionist rejim bölgə, dünya və bütün bəşəriyyət üçün təhlükədir. Biz bir daha Fələstində və region ölkələrində sionist azğınlığı barədə xəbərdarlıq edirik”.

Nazirlik əlavə edib: “müsəlman və ərəb ölkələri praktiki və ciddi mövqelər ortaya qoymalı, vaxt itirmədən ümmətin həqiqi düşməninə diqqət yetirməlidirlər”.

Ənsarullah hərəkatının Siyasi Bürosu da bəyanat yayaraq sionist rejimin Dohada törətdiyi terror hücumunu və HƏMAS rəhbərlərini sui-qəsd etmə cəhdini qorxaqlıq və namərdlik adlandıraraq kəskin şəkildə pisləyib.

Bəyanatda deyilir: “Amerika-sionist layihəsi barədə xəbərdarlıq edirik; bu layihə heç kimi istisna etmir. Kim əksini düşünsə, özünü aldatmış və xülyada yaşayır. Ərəb rejimlərini xaincəsinə susqunluqdan əl çəkməyə və İsrail düşməninə qarşı birləşməyə çağırırıq. Əgər ərəb dünyasının sükutu olmasaydı, Qətərə hücum baş verməzdi”.

Siyasi Büro əlavə edib: “Qətərə hücum cinayəti Amerikanın sionist planı ilə əməli şəkildə həmrəylik etdiyini göstərir”.

Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat da İsrail rejiminin Dohada HƏMAS liderlərinin toplantısına hücumuna reaksiya verərək deyib: “Biz İsrail rejiminin Qətərin paytaxtında Fələstin danışıqlar heyətinin qərargahına təcavüzünü pisləyirik. Dohaya hücum göstərir ki, bölgədə sionist rejim mövcud olduqca heç bir sülh və sabitlik olmayacaq”.

Əl-Məşat deyib: “Sionistlərin Qətərə təcavüzü və bu barədəki həyasız bəyanatları müstəqil bir ölkənin suverenliyinin pozulmasıdır və bütün ərəb və islam ölkələri üçün həyəcan siqnalıdır. Çox gec olmadan ayıq olun”.

Yəmən Ali Siyasi Şurasının sədri vurğulayıb: “Əgər bölgə ölkələri sionist təhdidinə qarşı birləşməsələr, İsrailin Dohaya təcavüzü təkrar olunacaq və daha da pisləşəcək. Sionist düşmən Tramp adlı cinayətkarın icazəsi və yaşıl işığı olmadan bu cinayəti törətməzdi”.

O əlavə edib ki, ABŞ baş verənlərin məsuliyyətini daşıyır və sionist düşmənin Fələstin danışıqlar heyətini namərdcəsinə hədəf alması yalnız müqaviməti gücləndirəcək.

4304334

Teqlər: Ənsarullah ، israil ، qətər ، doha ، hücum
captcha