İQNA-nın (Beynəlxaıq Quran Xəbər Agentliyinin) "əl-mənar" xəbər saytına istinadən verdiyi xəbərə görə Həzrət Zeynəbin (ə) doğum günü mərasimi Suriyada şiələrin və Əhli-Sünnənin tanınmış və nüfuzlu şəxsiyyətlərinin iştirakı ilə O həzrətin müqəddəs hərəmində keçirildi. Bu mərasimin iştirakçıları əllərində üzrəinə "Ləbbeyk Ya Zeynəb" yazılmış qırmızı bayraqlar gətirmişdilər.
Əhməd Bədrüddin Həsun –(Suriyanın baş müftisi), bu mərasimdə iştirak edirdi və öz çıxışında təkfirçilərlə üç illik müharibədə dövlət qoşunlarının müqavimətli olmasını və bu bayram münasibəti ilə Suriya dövlət və millətinə təbrik dedi.
Suriyanın baş müftisi Həzrət Zeynəbin (s) hərəminin dəfələrlə təkfirçilər tərəfindən hücuma məruz qaldığına işarə edərək dedi: "Təkfirçilərin Həzrət Zeynəbin (s) hərəmini dağıdaraq Onun xatirəsini aradan aparmaq və nurunu söndürmək istəsələr də buna nail olmadılar və Həzrət Zeynəbin (s) xatirəsi həmişə yaşayacaqdır".
Baş Müfti əlavə etdi: "Həzrət Zeynəbin (s) xatirəsi 1400 ildir yaşayır ki, Suriyanın düşmənlərinə desin: - siz hamınız digərləriniz kimi gedəcəksiniz və Suriya xalqı sizim qarşınızda başıuca və məhkəm dayanaqcaqdır".